Dünya futbolu

Qurban Qurbanov: “Hamı sabahkı oyundan razı qalacaq”

Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə qarşılaşacaq  "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov sabah qarşılaşacaqlarıolan matç haqqında danışıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bu fikirləri səsləndirib:

"Bu oyuna böyük maraq var. Rəqibi demək olar ki, tanıyırıq. "Sent-Etyen" maraqlı rəqibdir. Ən azından azarkeşlər üçün maraqlı oyun olacaq. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Avrokubok təcrübəmiz olsa da, qrup mərhələsinin oyunları başqadır. Rəqibi düzgün təhlil etmişik. Məncə, hamı sabahkı oyundan razı qalacaq".

Hər bir rəqibi istədiyin kimi öyrənə bilərsən. "Sent Etyen"in əvvəlki rəqibi "Karabükspor"dan heç nə öyrənməmişik. Rəqibin oyunlarına baxmaqla özümüzü aldada bilərdik. "Sent Etyen"  standart vəziyyətlərdən təhlükəlidir. Bİz isə müxtəlif oyunlarda məhz standart vəziyyətlərdən qollar buraxmışıq. Qapıçımızın üzərinə böyük iş düşəcək. Çalışacağıq ki, qaydaları az pozaq və rəqib künc zərbələrindən az istifadə etsin".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43