Kateqoriyasız

Qurban Qurbanov İcraiyyə Komitəsinə namizəd oldu

Mart ayının 11-də AFFA-nın İcraiyyə Komitəsinə növbəti seçkilər həyata keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ” artıq öz namizədini müəyyənləşdirib. 

Klubun saytında yer alan məlumatda deyilir:

“Klubumuz tərəfindən Azərbaycan futboluna həm futbolçu həm də baş məşqçi kimi çox böyük tövhələr vermiş və daha da böyük uğurlar qazanacağına inandığımız və ölkə futbolu üçün səmərəli olacağını düşünərək klubumuzun baş məşqçisi Qurban Qurbanovun İcraiyyə Komitəsinə namizədliyi irəli sürülmüşdür”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43