İdman

Qurban Qurbanov Londona gedir

Millimizin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov DÇ-2018-in yekunlarına həsr edilən tədbirə dəvət olunub.

İdmanxeber.com-un məlumatına görə, FİFA-ya üzv olan 211 milli assosiasiyanın baş məşqçiləri və 6 konfederasiyanın üzvləri İngiltərənin paytaxtı Londonda təşkil olunacaq tədbirdə iştirak edəcək.

Qeyd edək ki, sentyabrın 23-də keçiriləcək təbdirdə ilin ən yaxşı məşqçisi və futbolçusu da elan ediləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43