İdman

Qurban Qurbanov Mançini və Benitesi qabaqladı

Dünyanın ən yaşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adı var.

Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov ötən aya nisbətən mövqeyini yaxşılaşdırıb. Belə ki, əcrübəli mütəxəssis 9 pillə irəliləyərək  434-cü yerdə qərarlaşıb. Onun aktivində 1361 xal var.

Bu göstərici ilə Q.Qurbanov Devid Moyes, Roberto Mançini, Rafael Benites, Ərsun Yanal, Tolunay Kafkas, İqor Tüdor və İbrahim Üzülməz kimi təcrübəli baş məşqçiləri geridə qoyub.

“Qəbələ”nin  baş məşqçisi Roman Qriqorçuk isə 11 pillə irəliləyib. Aktivində 852 xalı olan mütəxəssis 612-ci pillədə qərarlaşıb.

Siyahıya isə “Real”ın çalışdırıcısı Zinəddin Zidan başçılıq edir. Onun aktivində 16656 xal var. 2-ci yerdə 14346 xalla “Barselona”nın baş məşqçisi Luis Enrike, 3-cü pillədə isə “Atletiko”nunçalışdırıcısı Dieqo Simeone  qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43