Premyer Liqa

Qurban Qurbanov: “Yaradıcı futbol göstərə bilmədik”

“Son zamanların ən çətin oyunu idi. “Simurq” bir çox rəqiblərdən üstün oynayır. Çox səhvlər etdik bu oyunda, çox top itirdik”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Qurbanov “Neftçi” ilə oyuna hazır olmalarını da fikirlərinə əlavə edib:

“Yaradıcı futbol göstərə bilmədik. Qol imkanları buraxılan səhvlərə görə oldu. Qarşıda “Neftçi” ilə oyunumuz var, futbolçuları bu oyuna qədər tam hazır etməliyik. Topu rəqibə verdikdə daha çox güc sərf edirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43