Kateqoriyasız

Qurban Qurbanovdan qələbə şərhi

Azərbaycan Premyer Liqasında XVIII turun “Qarabağ” – “Qəbələ” (5:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirdi.

İdmanxeber.az-ın məlumatına görəo, matç barədə bunları söylədi:

“Çox danışmayacam. Futbolçularımı təbrik edirəm. Elmar Baxşıyevə, “Qəbələ”yə uğurlar arzulayıram. Yaxşı komanda formalaşdırıblar. Azarkeşlərimizi təbrik edirəm. Bu gün əla ab-hava var idi. Çoxdandır, bu arenada oyunumuz ollmurdu. Bol qollu matç alındı. Hər iki komandaya uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43