Kateqoriyasız

Qurban Qurbanovun oğlu “Neftçi”ni cəzalandırdı

Bu gün birinci divizionunda 6-cı tura start verilib. İlk oyun günündə bir qarşılaşma keçirilib.

Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan “Qarabağ-2” və “Neftçi-2”nin matçında meydan sahibləri “ağ-qaralar”ı böyük hesabla məğlub ediblər.

Ağdam klubunun heyətində Qurban Qurbanovun oğlu Musa Qurbanlı dubl edərək bombardirlər yarışında əsas izləyicilərindən bir qədər də aralanıb.

Turun digər oyunları: 3 oktyabr (Keşlə-2 – Turan Tovuz, Ağsu – MOİK, Sabah-2 – Kəpəz). 4 oktyabr (Zaqatala – Qaradağ Lökbatan, Zirə-2 – Səbail-2).

Birinci Divizion. 6-cı tur

1 oktyabr

“Qarabağ-2” – “Neftçi-2” 3:0
Qollar:
 Musa Qurbanlı, 50, 76. Zaur Fərzəliyev, 62.

Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Kərim Zeynalov, Rəvan Həmzəzadə.

Bakı Olimpiya Stadionu (ehtiyat meydança)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43