03 Avqust 2020
Kateqoriyasız

Qurban Qurbanovun seçimi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün futbolçusunu müəyyənləşdirib.

48 yaşlı mütəxəssis koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan çempionatın ən yaxşısı adına “Neftçi”nin fransalı hücumçusu Stiven Monrozu layiq görüb.

Baş məşqçinin oğlu, I Divizionda 15 qolla bombardir olmuş Musa Qurbanlı da bu nominasiya üzrə öz seçimini edib. “Qarabağ”ın əsas komandasına da cəlb edilmiş gənc hücumçu “Keşlə”dən paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollini fərqləndirib.

Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl üç ildir İdman Araşdırmalar Mərkəzi  8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda “Keşlə”yə məxsus Cavid İmamverdiyev 2017/2018, “Neftçi”nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib. 2019/2020 mövsümünün ən yaxşı futbolçusunun adına isə tezliklə aydınlıq gələcək.(report.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Bney Yehuda”nın düşərgəsindən “Neftçi” üçün şad xəbər

admin

Azərbaycan millisi ilk xalını qazandı

admin

“Qarabağ”ın rəqibləri artdı

admin