Milli komanda

Qurbanov da milliyə kömək edə bilmədi: növbəti məğlubiyyətimizi aldıq – YENİLƏNİB

Bu gün AVRO-2016-nın seçmə mərhələsində IV turun oyunlarına yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, keçirdiyi 3 oyunda xal üzünə həsrət qalan milli komandamız Mahmud Qurbanovun başçılığı altında ilk matçına çıxacaq. 

Millimiz qrupun iddialılarından olan Norveç seçməsi ilə qarşılaşacaq. Saat 21:00-da başlayacaq oyun "Bakcell Arena"da keçiriləcək.

AVRO-2016-nın seçmə mərhələsi

16 noyabr

H qrupu

21:00. AZƏRBAYCAN – NORVEÇ 0:1
Qol: Nordtveyt, 25 (0:1)

Baş hakim: Yevgeni Aranovski

Baş hakimin köməkçiləri: Aleksandr Voytyuk, Semyon Şlonçak

Dördüncü hakim: Sergey Bekker

Əlavə köməkçi hakimlər: Sergey Boyko, Anatoli Abduıla (hamısı Ukrayna)

Hakim-inspektor: Zoran Petroviç (Serbiya)

UEFA nümayəndəsi: Mehmet Süheyl Önen (Türkiyə)

Bakı. “Bakcell Arena” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43