Kateqoriyasız

Rəşad Sadıqov Meza Kollini fərqləndirdi

Milli komandamızın və “Qarabağ”ın sabiq kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ən yaxşı futbolçusunu müəyyənləşdirib.

Bu barədə 38 yaşlı keçmiş müdafiəçinin özü açıqlama verib.

Sadıqov “Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kollini fərqləndirib.

Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl üç ildir İdman Araşdırmalar Mərkəzi 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda “Keşlə”də çıxış edən Cavid İmamverdiyev 2017/2018, “Neftçi”nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib. 2019/2020 mövsümünün ən yaxşı futbolçusunun adına isə yaxın günlərdə aydınlıq gələcək (Report).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43