Ölkə futbolu

Rəşad Sadıqov: “Səfərdən bir xalla dönmək istəyirdik”

Rəşad Sadıqov məğlubiyyət haqda fikirləri bildirib.

UEFA Avroliqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ” səfərdə “Sportinq”ə məğlub olub. Oyunun ardından komandamızın kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

“Pis oyun keçmədi. Əlimizə düşən imkanlardan faydalana bilmədik. Rəqib isə bunu bacara bildi. İki komanda arasında ustalıq fərqi hiss olunurdu. Yaxşı nəticə ilə dönəcəyimizə inanmışdım. Çox adam gözləyirdi ki, böyük hesabla məğlub olacağıq. Etiraf edək ki, çox çətin qrupa düşmüşük. Ancaq hər halda buradan bir xalla dönmək istəyirdik”.

Təcrübəli oyunçu zədəsindən də danışıb.

“Həkimlərin qoyduğu diaqnoza görə, bir həftə, on gün tam dayanmaqdır. Oyuna da artıq iki həftə qalıb. Tam hazır olsam, məşqçilər etimad göstərsə, oynayacağam. Əsas odur ki, komandaya xeyir verəsən. Xeyir verməsən, meydanda olmağın mənası yoxdur”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43