Dünya futbolu

Əliyar Ağayevdən 4 sarı vərəqə, 1 penalti

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində keçirilən “Latsio” – “Apollon” oyununu idarə edib.

Meydan sahiblərindən 3, qonaqlardan 1 futbolçuya sarı vərəqə göstərən Ə.Ağayav görüşdə penalti də təyin edib. Qonaqların qapısına təyin edilən 11 metrlik cərimə zərbəsini  Çiro İmmobile dəqiq yerinə yetirib.

Qeyd edək ki, oyun İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43