Ölkə futbolu

RƏSMİ: “Simurq”dan ilk transfer – FOTO

Ötən mövsüm "Simurq"un heyətində icarə əsasında forma geyinən Murad Səttarlı artıq rəsmən Zaqatala təmsilçisinin futbolçusudur. Bu gün komandayla ilyarımlıq müqavilə imzalayan gənc futbolçu "Simurq"un heyətində 21 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Murad Səttarlı 2012/13-cü il mövsümündə bu klubun heyətində 30 rəsmi qarşılaşmada iki dəfə rəqib qapıçılarını məyus etmişdi.(Klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43