Dünya futbolu

Rafael Benitesin oxşarı tapıldı – FOTO

İtaliyada “Napoli”nin baş məşqçisi Rafael Benitesin oxşarı tapılıb. Adı Sergio Vulkano olan bu şəxs “Meksikan” restoranında ofisantlıq edir.

İtalyan məşqçiyə oxşarlığı ilə diqqət çəkən Vulkano mediaya açıqlamasında bu haqda danışıb: “Benitesə çox bənzədiyimi bilirəm. O, “Napoli”yə baş məşqçi təyin olunandan sonra imza paylamağa, müştərilərlə şəkil çəkdirməyə başladım. Bəziləri bizi səhv salırlar. Bir dəfə evə qayıdanda hətta polis mənə “Uğurlar, cənab Benites” də dedi”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43