Kateqoriyasız

Rail Məlikov: “Ən az 4 ay keçməlidir”

“Antalya toplanışının başından bəri komanda ilə məşqlərə qatılıram. Amma hələ ki, topsuz məşq edirəm. Həkim və məşqçilərin nəzarəti altında çalışıram. Günün ikinci yarısında əsasən fitnes salonunda məşq edirəm”.

Bu sözləri uzun fasilədən sonra yenidən komanda ilə məşqlərə başalayan Rail Məlikov söyləyib. 3 aydan artıq yaşıl meydanlardan uzaq düşən təcrübəli müdafiəçi özünü hazırda fiziki olaraq formada hiss etdiyini söyləyib. Rail futbol üçün darıxdığını deməyi də unutmayıb:

“Fiziki olaraq özümü formada hiss edirəm. Amma toplu çalışmalar üçün əməliyyatın üzərindən ən az 4 ay keçməlidir. Yəqin ki, 10 gün sonra toplu məşqlərə başlayacağam. Futbol üçün çox darıxmışam. İnanıram ki, tez bir zamanda istədiyim formanı yığıb komandama kömək edəcəyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43