Dünya futbolu

Ramil Şeydayev Danimarkaya gedir

Bu gün Çempionlar Liqasının 2016/17 mövsümünün I və II təsnifat mərhələsinin püşkatması keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Jilina”nın da rəqibi bəlli olub.

Mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq Slovakiya çempionu Danimarkanın “Kopenhagen” klubuna rəqib olub. Komandalar arasında ilk oyun Slovakiyada, cavab matçı isə Danimarkada olacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları 11-12 iyulda, cavab oyunları isə 18-19 iyulda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43