Dünya futbolu

“Samtredia” – “Qarabağ” matçı 55 min nəfərlik stadionda

Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Samtredia” komandası ilə keçirəcəyi cavab qarşılaşmasının stadionu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, sözügedən qarşılaşma paytaxt Tiflisdəki 55 min yerlik Boris Payçadze adına “Dinamo-Arena”da baş tutacaq. Hələlik oyunun tarixi dəqiqləşməyib.

2-ci təsnifat mərhələsinin ilk oyunu 11 – 12 iyulda Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü 18-19 iyulda baş tutacaq.

Xatırladaq ki, “Samtredia” ötən mövsüm Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qəbələ”ni “Zestafoni” stadionunda qəbul edib. Həmin oyunda gürcülər 2:1 hesabıyla qalib gəlsələr də, Azərbaycan klubu öz meydanında 5:1 hesablı qələbə sayəsində mərhələ adlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43