Müsahibə

Ramil Şeydayev: “Nə baş verəcəyini siz də görəcəksiniz” – MÜSAHİBƏ

Azərbaycan millisinin və Türkiyənin “Trabzsonpor” klubunun hücumçusu Ramil Şeydayev “Qafqazinfo”ya müsahibə verib.

İdmanxeber.com həmin müsahibəni təqdim edir:

– “Trabzonspor”da oynamaq şansı qazanmırsınız. Bunun səbəbi nədir?

– Oynayıb-oynamamağımla bağlı qərar baş məşqçiyə aiddir. Niyə heyətə salmır və ya salır səbəbini bilmirəm. Gələcəkdə də şans verəcəyi ilə bağlı sualı ona versəniz, yaxşı olar.

– Son günlərdə adınız Türkiyənin “Samsunspor” və Çexiyanın “Yablonets” klubları ilə hallanır…

– Bu məlumatlar doğru deyil. Çünki mənə nə “Samsunspor”dan, nə də “Yablonets”dən təklif almışam. Siz də görürsünüz ki, “Trabzonspor”da məşq edirəm. Komandamla birlikdəyəm. Nə olacağını da görəcəyik.

– Ərsun Yanalla münasibətləriniz necədir? Hazırda çətin vəziyyətdə olan “Trabzonspor”a kömək edəcək durumdasız. Amma o, sizə güvənmir…

– Ərsun Yanalla münasibətlərimdə heç bir problem yoxdur. Onunla yaxşı münasibətim var. Yanal bizim məşqçimizdir və heyəti o müəyyənləşdirir. Kimi meydana buraxmasına da hörmətlə yanaşmaq lazımdır. Mən burda öz şansımız gözləyirəm.

– “Neftçi” sizi transfer etmək istəsə də, bu keçid baş tutmadı. Danışıqlarda razılığa gəlmədiniz?

– Məsələ odur ki, mən Avropada qalmaq istəyirəm. Buna görə də Avropa klubları ilə danışıqlar aparıram. Nə baş verəcəyini siz də görəcəksiniz…


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43