Dünya futbolu

Ramil Şeydayev: “Onlar məni inandırdılar ki…”

Millimizin üzvü Ramil Şeydayevin Slovakiyanın “Jilina” klubuna keçidi rəsmiləşib.

İdmanxeber.com-un məlumatına görə, millimizin hücumçusu 2018-ci ilin iyununa kimi sözügedən klubda icarə əsasında çıxış edəcək.

Futbolçumuz yeni komandasına keçidi barədə klubun rəsmi saytına açıqlama verib:

“Keçidimə sevinirəm. Mənim üçün yaxşı seçimdir, bu mütəmadi olaraq oynamaq və öz komandama fayda vermək üçün bir fürsətdir. Mən “Trabzonspor”un slovakiyalı legionerləri Matuş Bero və Yan Dürits ilə danışdım və onlar məni inandırdılar ki, “Jilina“ böyük klubdur və mənə uyğundur. Burada mütəmadi oynayacağımı düşünürəm”.

O, yeni komandası ilə həm çempionatda, həm də avrokuboklarda qələbə qazana biləcəyinə ümid etdiyini bildirib: “İlk təəssüratlarım çox yaxşıdır. Yeni klubda oynamağa başlamaq imkanımı səbrsizliklə gözləyirəm”.

Qeyd edək ki, müqavilə ilə “Trabzonspor”a məxsus olan R.Şeydayev Türkiyə klubunun heyətində cəmi 3 görüş keçirib və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43