İdman

Ramil Şeydayev “Trabzonspor”da növbəti oyununa çıxdı

Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” növbəti yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Türkiyə təmsilçisi Qətərin “Al Duail” klubu ilə görüşüb. Matç 1:1 hesabı ilə başa çatıb.

Oyuna ehtiyat oyunçular skamyasında başlayan R. Şeydayev 61-ci dəqiqə “Trabzonspor”un yeganə qolunun müəllifi Hüqo Rodalleqanın əvəzinə meydana daxil olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43