Kateqoriyasız

Ramil Şeydayev üçün iki variant

“Dinamo”dan ayrılmağımın xüsusi səbəbi yoxdur. Sadəcə ola bilsin, özümü yaxşı tərəfdən göstərə bilmədim. Həmişə hər şey futbolçunun özündən asılıdır, bir az da baş məşqçidən. Mənə verilən şansdan istifadə edə bilmədim. Heç kimi günahlanhdırmaq istəmirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Ramil Şeydayev “CBC Sport”a “Dinamo”dan (Moskva) ayrılması haqda danışarkən deyib.

O, karyerasının harada davam etdirəcəyi ilə bağlı isə bunları bildirib: “Krılya Sovetov”la qayıtmağımla bağlı məsələ hələ dəqiq deyil. Azərbaycana dönmək variantı da ola bilər. Amma klubdan təzə ayrıldığımdan hələ heç bir klubla danışıqlar olmayıb”.

Qeyd edək ki, “Dinamo” dünən R.Şeydayevlə yolları ayırdığını açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43