Dünya futbolu

Ramil Şeydayev yenə ehtiyatda qaldı

Ramil forma üzünə həsrət qalıb

İdmanxeber.az-ın məlumatına görə, Rusiya Premyer Liqasının 10-cu turunda Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” evdə “Dinamo”nu 1:0 hesabı ilə məğlub edib. Millimizin üzvünün adı iştirak ərizəsinə salınsa da, o, sona qədər ehtiyatda qalıb.

Qeyd edək ki, Ramil Şeydayev bundan əvvəlki 5 ölkə çempionat oyununda da ehtiyatda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43