Dünyadan

Ramil Şeydayevin qiyməti açıqlandı

“Trabzonspor”un futbolçusu Ramil Şeydayevin transfer qiyməti açıqlanıb.

İdmanxeber.com-un Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun dəyəri barədə aparılan araşdırmada məlumat verilib.

Millimizin oyunçusunun dəyərinin 500 min avro olduğu bildirilib.

Qeyd edək ki, R.Şeydayev “Trabzonspor”da ilk rəsmi oyununa dünən çıxıb. O, Türkiyə kubokunda “Ardahanspor”la görüşdə debüt edib və qol vurub (Qol.az).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43