Dünyadan

“İrəliyə doğru daha bir addım ata bildik” – millimizin baş məşqçisi

“Çox maraqlı, bir qədər də, belə demək mümkünsə, qeyri-adi hesabla yekunlaşan oyun oldu”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Miltinyo deyib. Kolumbiyada keçirilən DÇ-2016-nın 1/8 final mərhələsinin Tailandla qarşılaşması (13:8) haqda fikirlərini açıqlayan braziliyalı mütəxəssis qələbəyə şərh verib:

“Qarşılaşmanın gedişi bir neçə dəfə dəyişdi. Həm hesab, həm də oyunun xarakteri baxımından. Bizim də, rəqibimizin də üstün olduğu məqamlar vardı. Lakin ən vacibi budur ki, qələbə qazandıq və dünya çempionatında irəliyə doğru daha bir addım ata bildik. Artıq bütün fikrimizi növbəti oyuna hazırlaşmağa yönəldəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43