İdman

Ramiz Məmmədov sözündə durdu: Koordinator vəzifəsinə dönmədi

Bu gün “Keşlə” klubunun Müşahidə Şurasının iclası keçirilib. 

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, iclasda  Yuri Maksimovun komandaya baş məşqçi təyin edilməsi ilə yanaşı, sabiq baş məşqçi Ramiz Məmmədovun “Keşlə”də yeni vəzifəsi də açıqlanıb.

Bu ilin oktyabr ayından “Keşlə”ni çalışdıran R.Məmmədov bundan sonra klubun idman direktoru vəzifəsində çalışacaq.
 
İclasda həmçinin yeni futbolçuların “Keşlə”yə cəlb olunması və digər məsələlər barədə müzakirələr aparılıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43