Dünyadan

“Real” axtardığı hücumçuları tapdı

Madridin “Real” klubu “Bavariya”nın hücumçusu Robert Levandovskini heyətinə qatmağı düşünür.

İdmanxeber.com-un məlumatına görə, “kral klubu” 29 yaşlı polşalı forvardı yayda heyətinə cəl etməyi düşünür. Təcrübəli hücumçunun da, bu transferə “hə” deyəcəyi gözlənilir.

Əgər Levandovskinin transferində hər hansı problem yaşanacğı təqdirdə, o zaman İspaniya nəhəngi “Totenhem”in “qol silahı” Harrı Keyni sıralarına cəlb edə bilər. 

İspaniya mətbuatının yazdığına inansaq, “Real”ın bu iki hücumçudan birini heyətinə qatacağı dəqiqdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43