Dünya futbolu

Möcüzə “Real”laşdı – gecənin nəticələri

Bu gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

“Real” doğma meydanda “Ayaks”la qarşılaşıb. Amsterdamda 2:1 hesabı ilə qalib gələn Madrid klubu evdə “Ayaks”a 1:4 hesabı ilə darmadağın olaraq ÇL-ilə vidalaşıb.

“Borussiya”  isə “Tottenhem”i qəbul edib. İlk görüşdə 3 cavabsız qol buraxan Dortmund təmsilçisi bu oyunda da rəqibinə məğlub olub – 0:1.

Çempionlar Liqası, 1/8 final

6 mart

00:00. “Real” – “Ayaks” 1:4 

Qollar: H. Ziyeç, 7 (0:1), Neres, 18 (0:2), D. Tadiç, 62 (0:3), M. Asensio, 70 (1:3), L. Şöne, 72 (1:4)
Baş hakim: Feliks Brix (Almaniya)
İlk oyun – 2:1
00:00. “Borussiya” (Dortmund) – “Tottenhem” 0:1

Qol: Keyn, 49
Baş hakim: Danni Makkeli (Hollandiya)
İlk oyun – 0:3


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43