Dünya futbolu

“Real” Bellingem üçün nə qədər ödəyəcək?

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Jud Bellingem yayda “Real”a keçəcək.

İdmanxeber.az-ın məlumatına görə, Dortmund klubu futbolçunun transferi üçün təxminən 150 milyon avro almaq istəsə də, daha aşağı məbləğlə razılaşmaq məcburiyyətində qalacaq.

BİLD nəşrinin məlumatına görə, Bundesliqa təmsilçisi 100 milyon avro sabit ödəniş, təxminən 20 milyon avro də mümkün bonuslar alacaqlar.

Bellingem bu mövsüm bütün turnirlərdə 42 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43