İdman

“Real” İskoyla yeni müqavilə imzalayacaq

“Real” futbolçusu İsko ilə bu yay yeni müqavilə imzalayacaq.

İdmanxeber.com-un məlumatına görə, bununla bağlı 25 yaşlı oyunçunun agenti Pako Alarkonla “Real” nümayəndələri arasında ilkin danışıqlar olub. İsko ilə 5 illik yeni müqavilə imzalamaq barədə razılıq əldə olunub.

İspaniyalı yarımmüdafiəçinin yeni müqavilə ilə illik maaşının iki dəfə artacağı gözlənilir. Bu isə o deməkdir ki, İsko ilinə təxminən 6 milyon avro qazanacaq.

Qeyd edək ki, İsko cari mövsüm La Liqada 26 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43