Dünya futbolu

“Real” ispaniyalı ilə danışıqlara başlayır

“Real”ın yarımmüdafiəçisi Lukas Vaskes klubu ilə yeni müqavilə imzalaya bilər

İdmanxeber.az-ın məlumatına görə, klub bu həftə 32 yaşlı ispaniyalı ilə sözləşmə uzatmaq üçün danışıqlara start verəcək. Vaskesin hazırkı müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatır.

Bbu mövsüm yarımmüdafiəçi 32 matçda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43