İdman

“Real” Neymar üçün 310 milyon avro verəcək?

“Real” Neymarın transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Madrid təmsilçisi İspaniya mətbuatında yer alan 310 milyon avroluq transfer iddialarını təkzib edib. Klub yaydığı bəyanatla belə xəbərlərin həqiqətə uyğun olmadığını bildirib və medianın daha diqqətli davranmamasına görə təəssüfünü ifadə edib.

“Real”ın Neymar üçün PSJ-yə 310 milyon avro təklif etdiyi barədə İspaniya İctimai Televiziyası məlumat yaymışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43