Dünya futbolu

“Real” və “Barselona” onu istəyir

“”Veles Sarsfild”in futbolçusu Canluka Prestianni karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az “Marca” nəşrinə istinadən xəbər verir ki, “Barselona” və “Real” oyunçunun xidmətində maraqlıdır. Artıq hər iki klubun rəsmiləri futbolçu üçün qarşı tərəflə danışıqlara başlayıb.

Argentina təmsilçisinin hələlik heç bir kluba yekun cavab vermədiyi bildirilir. 16 yaşlı futbolçunun qərarının klubun mövqeyinə təsir edəcəyi də vurğulanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43