Dünya futbolu

“Real”da ayrılıq yaşana bilər

Madrid “Real”ının futbolçusu Xese Rodriges komandadan ayrılmaq istəyir.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb kimi 23 yaşlı hücumçunun “qalaktikos”da istədiyi qədər oyun təcrübəsi əldə etməməsi göstərilir.

 

İspaniyalı əsas heyətdə mütəmadi yer alacaq kluba keçmək arzusundadır. Xese tezliklə bu istəyini rəhbərliyə çatdıracaq.

 

Qeyd edək ki, “Real”ın yetirməsi olan Xese Rodriges 2011-ci ildən əsas komandada çıxış edir. O, bu vaxta qədər madridlilərin heyətində 94 oyunda 18 qola imza atıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43