Dünya futbolu

“Real”da ciddi itki

4 oyundur qol vura bilməyən “Real”ın hücumçusu iki həftə olamyacaq.

“Real Madrid”in La Liqanın VIII turunda “Alaves”ə qarşı keçirdiyi matçın ikinci hissəsində zədələnərək oyundan çıxan fransalı hücumçusu Karim Benzemanın durumuna aydınlıq gəlib. Futbolçunun sağ dizindən zədələndiyi və iki həftə meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki,  4 oyundur qələbə üzünə həsrət qalan “Real Madrid”də fransalı oyunçu zədələnərək Marselo, İsko və Karvahalla birgə  heyətdən uzaq qalan 4-cü futbolçu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43