Dünya futbolu

“Real”dan PSJ-yə

“Real”ın qapıçısı Keylor Navas PSJ-yə keçə bilər.

Kosta-rikalı qolkiper ötən gün Madrid klubunun baş məşqçisi Zinəddin Zidanla söhbətləşib. 32 yaşlı qapıçı az oynadığı üçün klubdan ayrılmaq istədiyini bildirib. Fransalı mütəxəssis buna razılıq verib.

Navasın yaxın zamanda Parisə gedəcəyi və tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43