Dünya futbolu

“Real”ın futbolçusu “Sportinq”də

“Real” müdafiəçisi Fabio Koentraunu icarəyə verib.

İdmanxeber.com-un məlumatına görə, portuqaliyalı müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 29 yaşlı futbolçu Lissabonun “Sportinq” klubunda çıxış edəcək. Portuqaliya millisinin üzvünün müqaviləsi 1 illik nəzərdə tutulub.

Qeyd edək ki, Koentrau 2011-ci ildə “Real”a “Benfika”dan transfer edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43