Dünyadan

Renat Dadaşov Almaniyada klub dəyişdirdi

Almaniyanın U-17 millisində çıxış etmiş, bu gündən etibarən yığmamızın şərəfini qoruyacaq Renat Dadaşovun yeni klubu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “Leyptsiq”də çıxış edən 17 yaşlı forvard “Ayntraxt”ın U-19  komandasına transfer olub. Məlumata görə, hücumçu yeni komandası ilə 1.5 illik müqavilə imzalayıb. Onun “Ayntraxt”la olan müqaviləsi 2018-ci ildə, iyun ayının 30-da başa çatacaq.

Bu barədə açıqlama verən “Ayntrax”ın futbol akademiyasının direktoru Armin Kraaz transfer haqda bu sözləri söyləyib:

“Çox xoşbəxtik ki, Renat Dadaşof sinəsində qartal emblemi ilə çıxış edəcək. Biz onun keyfiyyətlərinə yaxşı bələdik. Bilirik ki, beynəlxalq turnirlərdə çıxış edib və qollar vurub. Ona görə də əminik ki, o bizim gənclərdən ibarət komandamızda (U-19) gözəl performans sərgiləyəcək və qolları ilə bizə kömək edəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43