Dünya futbolu

Renat Dadaşovlu “Tondela” 1/4 finalda

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela”  Portuqaliya kubokunda növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda evdə 1/8 final mərhələsində doğma meydanda “Eştoril”lə qarşılaşıb.

Qarşılaşma Renatın komandasının inamlı qələbəsiylə yekunlaşıb – 3:1. “Tondela” 1/4 finala ilk vəsiqə.qazanan komanda olub.

Renat  87-ci dəqiqədə meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43