İdman

Rəşad Sadıqov GETDİ – RƏSMİ

“Qarabağ”ın U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov bu vəzifədən istefa verib.

21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi və “Qarabağ”ın kapitanı işlərinin çoxluğu ilə əlaqədar bu addımı atıb. U-19 komandasının yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan Gənclər Liqasında bir dəfə qızıl və bir dəfə də gümüş medalların sahibi olub, eyni zamanda UEFA Gənclər Liqasının qrup mərhələsində ilk qələbə qazanan Azərbaycan klubu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43