Premyer Liqanın XII turunda "Neftçi" "Xəzər Lənkəran"ı qəbul edir.
İdmanxeber.com-un oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, matçın ilk dəqiqələrində artıq futbolçular arasında gərginlik yaşanıb. Belə ki, "Neftçi"nin futbolçusu "Xəzər Lənkəran"ın oyunçusu Edu Oriola qarşı kobud oynayıb. Bu epizoda qonaq komandanın baş məşqçisi Con Toşak kəskin etirazını bildirərkən, "Neftçi"nin oyunçusu Rəşad Sadıqov çalışdırıcıya "suka" deyib.