İdman

Rəşad Sadıqovlu millimizin Bakıya qayıdacağı vaxt

AVRO 2019-un seçmə oyunu çərçivəsində dünən səfərdə İrlandiya ilə qarşılaşan 21 yaşadək futbolçulardan ibarət milli komandamız sabah vətənə dönəcək.

Bu barədə İdmanxeber.com-a milli komandamızın mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu məlumat verib. Antalyada yoxlama matçında Makedoniya ilə qarşılaşan əsas milli komandamız, dünən gecə Bakıya qayıdıb.

Rəşad Sadıqovun başçılıq etdiyi U 21 isə sabah səhər saatlarında Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43