İdman

Rəşad Sadıqovun köməkçisi bəlli oldu – (ƏCNƏBİ)

U 21 millimizə yeni baş məşqçi təyin olunan Rəşad Sadıqovun köməkçilərindən biri bəlli olub.

İdmanxeber.com-un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, “Qarabağ”ın kapitanına bolqar Vladislav Yabuş yardımçı olacaq. O, yığmamızda fiziki hazırlıq üzrə məşqçi vəzifəsini icra edəcək.

Qeyd edək ki, Yanuş milli komandalarda çalışan ikinci bolqar mütəxəssis olacaq. Ondan əvvəl Qurban Qurbanovun “Qarabağ”dakı köməkçisi Çudomir Çakarov əsas milliyə təyinat alıb.

Asenovqrad şəhərində anadan olan Yanuş ölkəsində “Lokomotiv” (Plovdiv) və “Beroe” klublarında çalışıb. Son illərdə “Vereya” və “Liteks” klublarında Jivko Jelevin köməkçisi işləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43