İdman

Rəsmən “Səbail”dən getdi

“Səbail” futbolçusu Amit Quluzadə ilə yolları ayırdığını rəsmən açıqlayıb.

İdmanxeber.com-un klubun rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, onunla  müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib. Futbolçuya azad agent statusu verilib.

Qeyd edək ki, A.Quluzadə yayda “Səbail”ə keçmişdi. Onun müqaviləsi mövsümün sonunda başa çatırdı.

Əlavə edək ki, “Səbail” bundan əvvəl Eqdaras Jarskislə müqaviləni ləğv etdiyini açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43