Son turlarda biabırçı məğlubiyyətləri sıralayan “Rəvan” heyətini gücləndirməkdə davam edir.
Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, Bakı təmsilçisi bu gün daha 2 legionerlə anlaşıb.
Bunlar isveçli yarımmüdafiəçi Fredrik Holster və nigeriyalı forvard Musa Kabirudur. Hər 2 futbolçu ilə 1 illik müqavilə imzalanıb.
1 həftədən çox baxışda olan Holster indiyə qədər yalnız vətənində top qovub. O, “Nyuköpinqs”, “Haken”, “Vesbyu Yunayted” və “Sundsvall” klublarının şərəfini qoruyub. Ölkəsinin U-17 və U-19 yığmalarının da şərəfini qoruyub.
Musaya gəlincə, nigeriyalı hücumçu bu günə qədər Nigeriyanın “Kaduna Yunayted” və son olaraq Misirin “Əl-Mokavlun Əl-Ərəb” komandasında forma geyinib. 27 yaşlı futbolçu ölkəsinin yığma komandasının heyətində Afrika Millətlər Çempionatında da iştirak edib.