Ölkə futbolu

“Rəvan” AZAL-la oyunun hazırlıqlarına start verdi

Premyer Liqanın 24-cü turunda “Rəvan” klubu öz meydanında AZAL-ı qəbul edəcək.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, “Bayıl Arena”da keçiriləcək qarşılaşma fevralın 28-də baş tutacaq.

Komanda bu oyunun hazırlıqlarına başlayıb. Dünən Qəbələdə meydana çıxanlar üçün bərpaedici məşqlər olduğundan hazırlıq tam tərkibdə baş tutmamışdı. Bu gün isə komandanın bütün üzvləri bir araya gəlib. Baş məqşçi Güvənc Kurtar məşqi iki hissəyə bölüb. Əvvəlcə taktiki-texniki çalışmalarla yüklənən oyunçular sonda fiziki hazırlığa da vaxt ayırıblar.

Qeyd edək ki, Hüseyn Axundov cəzasını başa vurduğundan AZAL ilə oyunda Kurtarın sərəncamında olacaq. Əvəzində İK tərəfindən 3 oyunluğa cəzalanan Lukaş Sapela “təyyarəçilər”lə matçda forma geyə bilməyəcək. Elə zədəsini sağaltmaqda olan Tyaqo Mirasema da böyük ehtimalla AZAL-la görüşdə oynaya bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43