Premyer Liqa

“Rəvan” – “Xəzər Lənkəran”: rəqəmlərin gözü ilə

"Rəvan" Azərbaycan Premyer Liqasının 9-cu turunda "Xəzər Lənkəran” ilə üz-üzə gələcək.Oktyabrın 4-də baş tutacaq oyuna qədər komandalar Premyer Liqada 6 dəfə üz-üzə gəlib. İlk 3 qarşılaşmada tərəflər hərəyə 1 qol vuraraq 1 xal qazanıb. Amma çempionatdakı son 3 dueldə "sülh” olmayıb. Belə ki, əvvəlcə "Xəzər Lənkəran”, ardından isə 2 dəfə "Rəvan” qələbəyə sevinib. Maraqlıdır ki, komandalar indiyədək hərəyə yalnız 1 dəfə rəqib qapısına yol tapa bilməyib.

Sonda komandalar arasında ölkə çempionatında baş tutan oyunları da diqqətinizə çatdırırıq.

 

19.11.2011        

Xəzər Lənkəran – Rəvan               

1:1

05.08.2012

Rəvan – Xəzər Lənkəran

1:1

04.11.2012

Xəzər Lənkəran – Rəvan

4:0

12.03.2013

Rəvan – Xəzər Lənkəran

1:0

20.05.2013

Xəzər Lənkəran – Rəvan

1:2


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43