Kateqoriyasız

“Rəvan”dan qələbə

Bakıda hazırlaşan “Rəvan” yoxlama oyunu keçirib. 

İdmanxeber.com-un məlumatına görə, “aslanlar” birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la üz-üzə gəlib.

Qarşılaşma “Rəvan”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Paytaxt klubunun heyətində müdafiəçi Saşa Yunisoğlu dubla imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43