Milli komanda

Rey Farruciya: “Ən çətin qrupa düşmüşük”

Milltələr Liqasının IV turuna start verilir.

İdmanxeber.az-ın məlumatına görə, sabah Millətlər Liqasının qrup mərhələsinin IV turunda Malta Azərbaycanın qonağı olacaq. Oyundan öncə Malta komandanın baş məşqçisi Rey Farucciya oyun barəsində fikirlərini bildirib:

“Sabahki oyunla bağlı onu deyim ki, çox çətin oyun olacaq. 3 gün ərzində artıq ikinci səfər oyunumuzdu. Azərbaycanın Farer adaları üzərindəki qələbə onlara əlavə motivasiya verəcəyini düşünürəm”.

-Kosovoyla oyunda ilk hissədə hesabı bərabərləşdirə bilmişdiniz. Nə çatmadı ki, siz hesabı qoruyub saxlaya bilmədiniz ?

-Kosovo komandası çox güclüdür. Çox çətin oyun olmuşdu. O cümlədən də Azərbaycanla olan qarşılaşma çox çətin olacaq. Çalışacayıq ki, o oyunda etdiyimiz səhvləri bir daha etməyək. Mümkün qədər kollektiv oynamağı bacarmalıyıq.

-Komandanız sonuncu yerdədir və cəmi bir xalı var. Sizcə xallarınız get-gedə artacaq ?

-Bizim çox cavan komandamız var. Sonuncu oyunlarımıza baxsanız heyətimizdə kifayət qədər cavan oyunçunun olduğunu görərsiniz. Hazırda keçid dövrünü yaşayırıq. Biz gələcəkdə bu komandadan yaxşı uğurlar gözləyirik.

-Bu türnir Malta üçün nə anlamına gəlir ?

-Təbii ki, bu çox önəmli turnirdir. Hesab edirəm ki, biz ən çətin qrupa düşmüşük. Azərbaycan və Kosovo kimi komandalarla mübarizə aparacayıq. Yenə deyirəm bizə müəyyən vaxt lazımdı ki, istədiyimi həyata keçirdək. Onu da əlavə edim ki, sabahkı oyunda iki oyunçumuz olmayacaq.

-Kosovo ilə Azərbaycanı müqayyisə etsəniz hansı nəticəyə gələrsiniz ?

-Hər iki komandanın da özünəməxsus oyun tərzi var. Komnadalar arsında çox da böyük fərq olduğunu demirəm, ancaq Azərbaycan onlarla səfərdə mübarizə aparacaq. Və bilirsiniz ki, səfər oyunları hər zaman çətin olur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43