Müsahibə

Reynaldo: “Neynəyim, top qapıya girmir” – MÜSAHİBƏ

“Qarabağ”ın futbolçusu Reynaldo Silva “Qəbələ” ilə oyundan sonra idmanxeber.com-a müsahibə verib:

– “Qəbələ”ni məğlub etdiniz, oyun haqqında nə deyərsən?

– Çətin oyun oldu, qarşılaşmaya yaxşı başladıq. İlk hissədə rəqib də kəsərli hücumlar edirdi. Şükürlər olsun, sonda 3 xalı qazanan biz olduq. İkinci hissədə də yaxşı başladıq, istədiyimizi penalti vasitəsi ilə yerinə yetirdik.

– Son zamanlar mətbuatda ən çox müzakirə olunan Reynaldonun xəsislik etməsidir. Bu məsələyə münasibət bildirərdin..

– Mən komandamın qələbə qazanması üçün hər şeyi edirəm, amma hücum xəttində tək olduğuma görə, pas ata bilmirəm.

– Son turlarda əlinə düşən epizodlardan istifadə edə bilmirsən. Bu nə ilə bağlıdır?

– Mən üzərimə düşəni edib zərbəni vururam, amma top qapıya girmir. Buna görə də məyus olmağa dəyməz. Sadəcə çalışıb qol vurmaq lazımdır.

– Millimizin baş məşqçisi Berti Foqtsun istefasına çoxmu üzüldün?

– Mən “Qarabağ” üçün çalışıram, bu sualın bir aidiyyəti yoxdur.

– İnnosent Emeqara komandaya nə dərəcədə xeyir verə bilər?

– “Qəbələ” ilə oyunda da göstərdi ki, Emeqara komandaya xeyir verə bilər. Danilo Dias tezliklə komandaya qayıdacaq. O, bizə çox kömək edəcək. Meydanda olan hər kəs çalışır ki, heç kimin yoxluğunu hiss etdirməsin.

– Millimizin baş məşqçi postuna ən real namizəd Qurban Qurbanovdur. Gözləyirsənmi, Qurban Qurbanov milliyə getsin və səni də komandaya cəlb etsin.

– İstəmirəm, Qurban Qurbanov “Qarabağ”dan ayrılıb, millinin baş məşqçisi vəzifəsinə keçsin. Qurban Qurbanov mənim üçün əvəzolunmaz məşqçidir


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43