Dünya futbolu

Robben: “Belə xəbərlərə gülürəm”

Türkiyə mətbuatında Aryen Robbenin atasının “Beşiktaş” klubunun rəsmiləri ilə görüşdüyü haqqında söz-söhbətlər gəzirdi.

İdmanxeber.com-un verdiyi məlumata görə, “Bavariya”nın hollandiyalı ulduzu bu söhbətlərə son qoyub:

“Hər yaz eyni xəbərlər yazılır. Belə xəbərlərə baxıb gülürəm. “Bavariya” mənimlə görüşmək istəsə, mənə və ya atama zəng vura bilərlər”.

Qeyd edək ki, 32 yaşlı ulduzun atası ona həm də menecerlik edir. 





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43